Bill Geytsin sərvəti 90 milyarda çatıb


"Microsotf" şirkətinin rəhbəri Bill Geytsin xalis aktivlərinin dəyəri 90 milyard dollara çatıb.

Mənfəətin əsas mənbəyi "Canadian National Railway" və "Ecolab Inc" dövlət holdinqləri olub. B.Qeytsin aktivlərinin ümumi məbləği tarixi rekord hesab olunur. Microsoft korporasiyasının başçısının xalis aktivlərinin dəyəri ABŞ-ın ümumi daxili məhsulunun 0,5 faizinə bərabərdir.

Bu ilin martında B.Geytsin sərvəti 83,3 milyard dollar təşkil edib. Böyük Britaniyanın Avropa İttifaqından çıxması səbəbindən sahibkar 1,8 milyard dollar itirib.

"Bloomberg" indeksinə əsasən, dünyada ikinci ən varlı adam ispaniyalı Аmansio Orteqadır. (Azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu