Finlandiya prezidenti də Moskvaya getməkdən imtina etdi


9 may qələbə tədbirinə qatılmayanların sayı artmaqdadır

Finlandiya prezidenti Sauli Niiniste mayın 9-da Moskvada İkinci dünya müharibəsində qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməyəcək.
Afn.az lenta.ru saytına istinadən xəbər verir ki, bununla bağlı məlumat prezident administrasiyasına istinadla Yle agentliyi tərəfindən yayılıb.
Niinistenin mətbuat-katibinin sözlərinə görə, prezident xatirə tədbirlərində iştirakdan Ukraynadakı münaqişə və bununla əlaqədar yaranmış beynəlxalq şərait səbəbindən imtina edib. O, həmçinin qeyd edib ki, fin liderin tədbirlərə qatılmayacağı ilə bağlı xəbərdarlıq məktubu, martın 24-də Rusiya rəhbərliyinə çatdırılıb.
Beləliklə, bu günlərdə həmin tədbirlərdə iştirakdan imtina edənlərin sayı bir qədər də çoxalıb. Finlandiya prezidenti ilə yanaşı Niderlandın baş naziri və Bolqarıstan prezidenti də Moskvaya gəlməyəcəklərini bəyan ediblər. Onlardan öncə isə Polşa,Litva, Latviya və Estoniya prezidentləri və Böyük Britaniyanın baş naziri Devid Kemeron da iştirakdan imtina etmişdilər. Eləcə də ABŞ prezidentinin də həmin tədbirlərdə iştirak etməyəcəyi artıq faktdır.

Rafiq



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu