Türkiyənin Prezident Administrasiyası Cerablus əməliyyatı ilə bağlı açıqlama yayıb


İbrahim Kalın: Türkiyə sərhədinin təhlükəsizliyini və Suriyanın ərazi bütövlüyünü qorumaq üçün lazım olan addımları atacaq.

"Cerablus əməliyyatının hədəfi sərhədlərimizi İŞİD və YPG (terrorçu PKK-nın Suriyadakı qollarından biri - "Report") də daxil olmaqla bütün terrorçulardan təmizləməkdir".

"Report" Haber7-yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın "Twitter" səhifəsində yazıb.
"Türkiyə sərhədinin təhlükəsizliyini və Suriyanın ərazi bütövlüyünü qorumaq üçün lazım olan addımları davamlı olaraq atacaq. Türkiyə buna tam qərarlıdır" - deyə İbrahim Kalın bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu