Gülhanə Hərbi Tibb Akademiyasının adı dəyişdirilib


Türkiyənin məşhur hərbi hospitalı - Gülhanə Hərbi Tibb Akademiyasının (GATA) adı dəyişdirilib.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyədəki hərbi xəstəxanaların Baş Qərargahın tabeliyindən çıxarılaraq Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı rəsmi qərardan sonra Gülhanə Hərbi Tibb Akademiyasının adında dəyişiklik edilib. Hospital Gülhanə Tədris və Araşdırma Xəstəxanası adlandırılıb. Dünən gecə xəstəxananın adı yazılan lövhə də dəyişdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu