Azərbaycan nümayəndə heyəti İstanbulda Sultan Səlim körpüsünün açılışına qatılıb


Avqustun 26-da İstanbulda dünyanın ən enli asma körpüsünün istifadəyə verilməsi ilə bağlı rəsmi açılış mərasimi olub.

Mili Məclisdən APA-ya verilən məlumata görə, mərasimdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclisin komitə sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər daxildir.

Mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım, parlamentin sədri İsmail Kahraman, Türkiyənin 11-ci prezidenti Abdulla Gül, sabiq baş nazir Əhməd Davudoğlu və digər şəxslər çıxış ediblər.

Nümayəndə heyətinin Türkiyəyə səfəri bu gün başa çatır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu