Putin ABŞ-a getməkdən imtina etdi


Rusiya prezidenti Vladimir Putin sentyabrın 13-də BMT-nin Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 71-ci sessiyasında iştirak etməyəcək.

Bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bəli, prezident bu il BMT-nin Baş Assambleyasında iştirak etməyi planlaşdırmır”, - Peskov bəyan edib.

Rusiya heyətinə ölkənin xarici işlər naziri Sergey Lavrov rəhbərlik edəcək.

Qeyd edək ki, keçən il Rusiya heyətinə Putin rəhbərlik edirdi. 2015-ci ilin sentyabr ayının 28-də o, BMT-nin kürsüsündən çıxış edib. Rusiya prezidenti BMT-nin 2000-ci, 2003-cü və 2005-ci illərdə keçirilən Baş Assambleyalarında da çıxış edib. (Azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu