Yaponiyada 100-dən çox aviareys qasırğa səbəbindən ləğv edilib


“Laynrok” qasırğası Yaponiyanın Hokkaydo adasında hava və dəmiryol nəqliyyatının işini iflic edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bölgədə qasırğa səbəbindən 110 daxili təyyarə reysi ləğv edilib, sürətli qatarların hərəkəti dayandırılıb.

Qasırğa həmçinin Yaponiyanın ən iri Honsyü adasında da fəsadlar törədərək Rusiyanın Uzaq Şərq bölgəsinə üz tutub. Sakit okeanda əmələ gələn “Laynrok” qasırğası şiddətli leysan yağışlar və sürəti saniyədə 35 m təşkil edən küləklə müşayiət olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu