Çin səfirliyinin ərazisində partlayış: ölən və yaralananlar var


Bu gün səhər Çinin Qırğızıstandakı səfirliyinin ərazisində güclü partlayış baş verib.

APA-nın RİA Novosti”agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 1 nəfər ölüb.

Hazırda hadisə yerində polis araşdırma aparır.

Şahidlər bomba yüklü avtomobilin səfirliyin qapısına çırpıldığını və partlayış baş verdiyini bildiriblər.

Partlayış səfirin diplomatik missiyanın ərazisində yerləşən iqamətgahı yaxınlığında törədilib.

Qırğızıstan Səhiyyə Nazirliyi parlayış baş verən yerdə bir nəfərin cəsədinin aşkarlandığı barədə məlumat yayıb. Onun bomba yüklü avtomobili idarə edən şəxs olduğu bildirilir.

Səfirliyin iki əməkdaşı partlayış zamanı yaralanıb.

Partlayış nəticəsində yaxınlıqdakı evlərin və mağazaların pəncərə şüşələri sınıb.

Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətindən hadisənin teror aktı olduğu istisna edilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu