“Airbus A320”-ni qəzaya uğradan pilotun keçmiş sevgilisi danışdı


Lubits sevgilisinə “hamı adımı çəkəcək və məni xatırlayacaq” deyibmiş

Qəzadan əvvəlki son dəqiqələrdə Germanwings aviaşirkətinə məxsus təyyarənin sükanı arxasında olan pilotun keçmiş sevgilisi danışıb. Qız, Andreasın bir dəfə ona “sistemi dəyişdirməyə” və “effektiv jest” etməyə hazırlaşdığını və bundan sonra hamı tərəfindən xatırlanacağını söylədiyini yadına salıb.
Afn.az lenta.ru saytına istinadən xəbər verir ki, gənc insan haqqında xatirələrini qız Bild nəşri ilə bölüşüb. Bu haqda The Telegraph qəzeti məlumat verib.
26 yaşlı təyyarə bələdçisi Mariyanın söylədiyinə görə, Lubitsin gecələr “biz aşağı düşürük” sözlərini çığıraraq qorxu içərisində yuxudan oyandığı vaxtlar olub.
“Qəza xəbərini eşitdiyim andan başımda yalnız onun dediyi sözlər fırlanır: “Bir dəfə elə iş görəcəyəm ki, bu sistemi dəyişdirəcək, hamı adımı öyrənəcək və məni xatırlayacaq”, - qadın belə deyib. Onun sözlərinə görə, həmin vaxt o, Lubitsin nə demək istədiyini başa düşməyib, indi isə hər şey ona aydındır.
İstintaq aydınlaşdırıb ki, son uçuşdan bir neçə gün əvvəl həkimlər Lubitsin səhhətinin işləməyə imkan vermədiyini müəyyən ediblərmiş və bu səbəbdən də müalicə məqsədilə ona xəstəliyi ilə bağlı arayış da verilibmiş. Lakin, pilot həmin arayışı cırıb evə tullayıbmış. A.Lubits faciədən iki həftə əvvəl, martın 10-da klinikada müalicə alıbmış, o bu faktı da şirkət rəhbərliyindən gizli saxlayıbmış.

Rafiq



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu