Əfqanıstanın paytaxtında terror aktı törədilib


Əfqanıstanın paytaxtı Kabildə ard-arda baş verən iki terror aktı nəticəsində 30 nəfər ölüb, 92 nəfər yaralanıb.

"Anadolu" xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Məlumata görə, hadisəni terror-kamikadzelər törədib. Partlayışlardan biri Müdafiə Nazirliyi binasının girişində, digəri isə bölgədə keçirilən nümayiş zamanı baş verib.

Açıqlamada, hücumda həlak olanlardan 6 nəfərinin təhlükəsizlik işçisi, həmçinin Kabil 2. bölgə müdirinin olduğu qeyd olunub.

Əfqanıstan Səhiyyə Nazirliyinin məlumatına görə, yaralılardan bəzilərinin vəziyyəti ağırdır, ölənlərin sayının artma ehtialı var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu