Sarkisyan "Milli konsensus" hökuməti yaradır


Ermənistan prezidenti Serj Sarkisyan “milli konsensus” adlı hökumətin formalaşdırılmasına başlayıb.

Bu barədə arm.info məlumat yayıb. Sayt hakimiyyətə yaxın mənbələrinə istinadən bildirir ki, bu məqsədlə “Qazprom Mejregionqaz”ın strategiya və inkişaf üzrə baş direktorunun müavini, Yerevanın keçmiş meri Karen Karapetyan artıq Ermənistan paytaxtına çağırılıb: “Mənbənin məlumatına görə, Serj Sarkisyan ondan “milli konsensus” hökumətinə rəhbərlik etməsini xahiş edəcək. İndiki baş nazirin taleyi necə olacaq-mənbə bu barədə məlumat verməyib”. Mənbə bildirib ki, dəyişiklik nazirlərdən də yan keçməyəcək: “Belə ki, Prezident Administrasiyasının rəhbəri Vigen Sarkisyan xarici işlər naziri təyin olunacaq. İndiki nazir Edvard Nalbandyan isə Fransaya səfir göndəriləcək.

İstisna olunmur ki, Vigen Sarkisyanın yerinə Milli Təhlükəsizlik Şurasının katibi Armen Gevorkyan təyin olunacaq.

Məlumata əsasən, Gömrük Xidmətinin rəhbəri Ovik Ovsepyan da vəzifəsini itirə bilər.

Keçmiş baş prokuror Gevork Kostanyan Yuri Vardanyanın yerinə Gürcüstana səfir göndəriləcək. Baş prokuror postuna namizəd olaraq isə parlamentə hazırda həmin vəzifəni müvəqqəti icra edən Armen Arutyunyanın namizədliyi təqdim olunacaq. (Virtualaz.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu