81 rus şirkəti ABŞ-ın qara siyahısına düşdü


ABŞ Rusiyaya qarşı sanksiya siyahısını daha da genişləndirib.

Axar.az xəbər verir ki, siyahıya daha 81 şirkətin adı əlavə olunub. Bu şirkətlərdən 50-si Rusiyanın qaz nəhəngi “Qazprom”un nəzarətindədir.

Sanksiyalar Krıma çəkilən Kerç körpüsünün baş inşaatçısı SGM-Most şirkətinə də şamil ediləcək. Bu şirkət Vladimir Putinin dostu Arkadi Rotenberqin “Stroyqazmontaj” şirkətlər qrupuna daxildir.

Sanksiyalar bu gündən qüvvəyə minəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu