"Gürcüstan NATO-nun üzvü olacaq"- Baş katib


NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Gürcüstan bu qurumun üzvü olacaq.

Bu barədə AzVision.az “TASS”-a istinadən xəbər verir.

“NATO-nun genişlənməsi bizim açıq qapı siyasətimizin nəticəsidir. Buxarestdə alyansın üzvləri bəyan etdilər ki, Gürcüstan mütləq NATO-nun üzvü olacaq. Biz həmişə aspirant ölkələrə deyirik ki, üzvlük üçün vaxt və səbr lazımdır. Biz anlayırıq ki, siz mümkün qədər tez bu qurumun üzvü olmaq istəyirsiniz. Bu arada biz Gürcüstanın gələn il NATO-ya üzv olacağını demirik, lakin mən əmin edirəm ki, siz doğru yoldasınız və inteqrasiya yolunda çox şeyə nail olmasınız”, - deyə Stoltenberq Tbilisidə tələbələrlə görüşü zamanı bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu