Sarkisyan yenidən “Qarabağ klanı"na arxalanır


Ermənsitan prezidenti Serj Sarkisyan yenidən "Qarabağ klanı"na arxalanır.

APA-nın məlumatına görə, Ermənistanda nəşr olunan “Joxovurd" qəzeti yazır ki, 2017-ci il aprelin 2-nə təyin olunmuş parlament seçkilərindən əvvəl Serj Sarkisyan öz komandasını dəyişmək və yenidən “Qarabağ klanı”na söykənmək qərarına gəlib.

"Serj Sarkisyan keçən ay tərəfdaşları ilə (Bako Saakyan, Barseq Beqlaryan, Zori Balayan və digərləri) hakimiyyətinin saxlamasının zəruri variantlarını müzakirə etdi. Serj Sarkisyan bildirdi ki, gələcəkdə ona böyük dəstək lazım olacaq. Görüşdən sonra isə o bəyan etdi ki, hökuməti formalaşdırmaq üçün “xalqın razılığı" vacibdir.

İndi “Qarabağ klanı”nın nümayəndələri Yerevanda təbliğata başlayıblar - "Serj Sarkisyandan başqa variant yoxdur, buna görə də hamı 2017-ci ildə onun ətrafında birləşməlidir".

Bu təbliğat tezliklə dövlət təbliğatına dönəcək və hər yerdə səslənəcək. Bu prosesin sonu necə bitəcək, bunu zaman göstərəcək", - deyə nəşr yazıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu