Üç nazirliyin adı dəyişəcək, biri ləğv olunacaq


Ermənistan hökuməti aparatının rəhbəri-nazir David Arutyunyan Nazirlər Kabinetinin bugünkü iclasında “Hökumətin strukturu haqqında” qanuna nəzərdə tutulan dəyişikilikləri təqdim edib.

PRESSDAY.az Ermənistan mediasına istinadən xəbər verir ki, layihədə üç nazirliyin adının dəyişdirilməsi təklif olunur.

Söhbət energetika və təbii ehtiyatlar nazirliyi, iqtisadiyyat, eləcə də nəqliyyat və rabitə nazirliklərindən gedir. Bundan başqa, Şəhərsalma nazirliyinin ləğv edilməsi təklif olunur.

Düzəlişdən sonra energetika və təbii ehtiyatlar nazirliyi energetikanın infrastrukturu və təbbi ehtiyatlar, iqtisadiyyat nazirliyinin adı isə İnvestisiya və sahibkarlığa kömək adlanacaq.

Nəqliyyat və rabitə nazirliyi isə informasiya texonologiyaları nazirliyi olacaq.

Ermənistandakı nazirliklər bunlar olacaq:

1) Əmək və sosial məsələlər nazirliyi,

2) Səhiyyə nazirlyi,

3) Ədliyyə nazirliyi,

4) Xarici işlər nazirliyi,

5) Təbiəti mühafizə nazirliyi,

6) Kənd təsərrüfatı nazirliyi,

7) İnvestisiya və sahibkarlığa kömək nazirliyi,

8) Fövqəladə hallar nazirliyi,

9) Energetikanın infrastrukturu və təbii ehtiyatlar nazirliyi,

10) Təhsil və elm nazirliyi,

11) Mədəniyyət nazirliyi,

12) Müdafiə nazirliyi,

13) İdman və gənclərlə iş nazirliyi,

14) Diaspora nazirliyi,

15) Əraziidarəetmə və inkişaf nazirliyi,

16) Nəqliyyat, rabitə və informasiya texnologiyaları nazirliyi,

17) Maliyyə nazirliyi,

18) Beynəlxalq iqtisadi inteqrasiya və islahat nazirliyi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu