Putin Narışkini Xarici Kəşfiyyat Xidmətinə sədr göndərir


Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasının keçmiş sədri Sergey Narışkinə Xarici Kəşfiyyat Xidmətinin sədri vəzifəsini təklif edib.

Virtualaz.org bildirir ki, bu barədə RİA-Novosti məlumat yayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə yaxın vaxtlarda V.Putinin müvafiq fərman imzalayacağını bildirib: "Hazırda Xarici Kəşfiyyat Xidmətinin sədri olan Mixail Fradkovun "Rusiya Dəmir Yolları" Direktorlar Şurasının rəhbəri vəzifəsinə təyin olacağı gözlənilir. Putin Sergey Narışkinə Xarici Kəşfiyyat Xidmətinin sədri vəzifəsini təklif edib".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu