Miqrantları daşıyan gəmi batdı: 140 ölü


Aralıq dənizinin Misir sahillərində miqrantları daşıyan gəminin batdığı ərazidə axtarış işlərini davam etdirən xilasedicilər sudan 144 nəfərin cəsədini çıxarıblar.

RİA Novosti xəbər verir ki, yüzdən çox insan itkin düşüb.

Qeyd olunub ki, axtarış-xilasetmə işləri bu gün axşamadək başa çatdırılacaq.

Göyərtəsində Afrikanın müxtəlif ölkələrindən 400-600 miqrantın olduğu gəmi sentyabrın 21-də Misir sahillərindən 12 kilometr aralıqda batıb. Sahil mühafizə xidməti yalnız 150 nəfəri xilas edə bilib. (Azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu