“Ukrayna Donbasa xüsusi status təqdim etməyə hazırdır” Bayden


ABŞ vitse-prezidenti Co Bayden bildirib ki, Ukrayna hakimiyyəti konstitusiya dəyişikliklərinə gedəcəklər.

AFN.az “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, Bayden Ukraynanın Donbasa xüsusi status təqdim etməyə hazır olduğunu bildirib. Bu sözləri deyərkən, o, Donbasla Texas ştatı arasında paralel aparıb.

“Əgər sən deyirsənsə ki, Donbas xüsusi status almalıdır və bunu konstitusiyada əks etdirməlisənsə, bu bir növ Texasın xüsusi statusa malik olmasına və Meksikanın orada daha çox söz sahibliyinə razılıq vermək kimdir. Bu çox ağır addımdır və bunu etməyə razıdırlar. Əminəm ki, onlar bunu edəcəklər. Bizim vəzifəmiz mümkün olan hər şeyi etməkdir ki, Ukrayna səhv edərsə, Avropa deməsin ki, hər şey Ukraynanın üzündən işləmir”, - Bayden bildirib.

Xatırladaq ki, Donbasa xüsusi statusun verilməsi Rusiya. Almaniya, Fransa, Ukrayna dövlət başçılarının Minskdə əldə etdikləri razılaşmaların tərkib hissəsidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu