Atambayev xəstəxanadan evə buraxıldı


Rusiyada müalicə alan Qırğızıstan prezidenti Almazbek Atambayev xəstəxanadan evə buraxılıb.

“RİA Novosti” xəbər verir ki, prezident Rusiya tərəfinin dəvəti və mütəxsislərinin məsləhəti ilə Moskvaya gedib.

Atambayev Moskvada Mərkəzi Klinik Xəstəxanasında müalicə alırdı.

Xatırladaq ki, sentyabrın 19-da Qırğızıstan prezidenti Almazbek Atambayev ürəyində yaranan problem səbəbindən BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 71-ci sessiyasında iştirak etə bilməmişdi. (Azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu