Fətullah Gülənin axtarışda olan qardaşı İzmirdə saxlanılıb


Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin axtarışda olan qardaşı Qütbəddin Gülən İzmirdə saxlanılıb.

"Anadolu" xəbər verir ki, FETÖ araşdırması çərçivəsində "silahlı terror təşkilatı üzvü olmaq" cinayəti üzrə axtarışda olan Qütbəddin Gülənin Gaziemir rayonunda bir qohumunun evində olduğu müəyyən edilib və polisin keçirdiyi əməliyyat nəticəsində yaxalanıb.

Qütbəddin Gülən Terrorla Mübarizə İdarəsinə aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu