20 dərəcə şaxtada ayaqqabısız və paltarsız qaçmaq əmri


Son illərin ən soyuq qışını yaşayan Norveçdə hərbi hissələrin birində mənfi 20 dərəcə şaxtada altı əsgərə ayaqqabısız və paltarsız qaçmaları əmr edilib.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, əmri yerinə yetirən altı əsgərdən üçü donma təhlükəsi ilə üzləşdiyindən xəstəxanaya qaldırılıb.

Hadisə Norveçin Tromsi şəhərindəki hərbi hissədə baş verib. Məlumata görə donmaq üzrə olan əsgərlər hazırda müalicə olunur. Əmri verən zabitlər barədə hərbi polis tərəfindən araşdırma başlanılıb. Müalicə başa çatdıqdan sonra əsgərlər öz hərbi hissələrinə qayıdacaqlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu