Silahlılar Kardaşyanı Parisdə girov götürdü- VİDEO


Polis formasında olan 5 silahlı şəxs Fransanın paytaxtı Parisdə erməni əsilli amerikalı model Kim Kardaşyanı girov götürüb.

Bu barədə `Daily Mail` məlumat yayıb.

Kardaşyanın köməkçisi İna Tresokis bildirib ki, hadisə nəticəsində model xəsarət almayıb. Məlumata görə, onun milyonlarla dollar dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Hadisə baş verən zaman Kardaşyanın həyat yoldaşı Kanye Uest Nyu-Yorkda olub. Şahidlərin sözlərinə görə, konsert zamanı işçilərdən biri müğənniyə yaxınlaşıb və ona hadisə ilə bağlı məlumat verib. Bundan sonra müğənni fanatlarına “Bağışlayın, amma ailə ilə bağlı fövqəladə vəziyyət var deyə” söyləyərək səhnədən uzaqlaşıb.

Fransa polisi hadisə ilə bağlı şərh verməkdən imtina edib.

Son məlumatlara görə, Kardaşyanın qızıllarını oğurlayan silahlılar onu azad edərək ərazidən qaçıblar. (Azvision)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu