20 min erməni Suriyadan Ermənistana qaçıb


Suriyada baş verən vətəndaş müharibəsindən sonra bu ölkədən Ermənistana təxminən 20.000 erməni gəlib.

Bu barədə Ermənistan Diaspora Nazirliyinin nümayəndəsi Firdus Zakaryan bildirib.

Zakaryan qeyd edib ki, hazırda bir sıra təşkilatlar Suriya ermənilərinə dəstək olur, onların yerləşdirilməsinə yardım edirlər. Lakin Ermənistana gələn Suriya ermənilərinin sayı dəyişdikcə, yardımlar kifayət etmir.

Zakaryan bildirib ki, Suriya erməniləri üçün ölkədə səhiyyə pulsuzdur, ali məktəblərdə oxuyanlar yardım alır. (Azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu