Kim Çen Inın həkimi ölkədən qaçdı


Şimali Koreyanın yüksək vəzifəli məmuru ailə üzvləri ilə birlikdə Çinə qaçıb.

Adı açıqlanmayan şəxs Koreya lideri Kim Çen In və ailə üzvlərinə xidmət edən klinikanın rəhbəri olub.

Məlumata görə, həmin məmur Şimali Koreya Səhiyyə Nazirliyinin təmsilçisi olaraq, paytaxt Pxenyanda klinikalardan birinə dərman preparatlarını tədarük edib.

Onun Çindən sığınacaq almağa səy göstərdiyi bildirilib.

Yaponiya mətbuatı isə Şimali Koreyadan olan iki məmurun Yaponiyanın Pekindəki səfirliyinə sığınacaq almaq üçün müraciət etdiyini yazıb. Səfirlik bu xəbəri təkzib edib.(Azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu