Putin və Ərdoğan arasında telefon danışığı olub


Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı İstanbulda oktyabrın 10-da keçirilən Ümumdünya Enerji Konqressi çərçivəsində baş tutacaq görüş ərəfəsində liderlər iki ölkə arasındakı əməkdaşlığın inkişafına dair aktual məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Rusiya-Türkiyə arasında gələcəkdə ticarət-iqtisadi əməkdaşlığım mərhələli şəkildə bərpa olunması, enerji sahəsində birgə böyük layihələrin, xüsusi ilə də "Akkuyu" AES və "Türk axını" qaz kəməri layihələrinin həyata keçirilməsinə maraq qeyd olunub.

Dövlət başçıları həmçinin Suriya böhranını müzakirə ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu