Saakaşvili seçkini uduzdu, etirazlar başladı


Gürcüstanda parlament seçkilərində məntəqələrin yarısı üzrə hesablanmış bülletenlərin nəticəsinə görə, hakim “Gürcü arzusu” partiyası səslərin yarıdan çoxunu, eks-prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası isə ¼ - dən çoxunu toplayıb.

Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının saytında bildirir.

“3702 seçki məntəqəsindən 1866-sı (50,41 faiz) üzrə hesablanmış bülletenlərin nəticəsinə görə, “Gürcü arzusu” partiyası səslərin 50,56 faizini və ya 396 min 817 seçicinin etimadını, “Vahid Milli Hərəkat” partiyası isə 26,51 faizini və ya 208 min 056 səs toplayıb. Digər partiyalar beş faizlik həddi adlaya bilməyiblər”, - deyə MSK-nın saytında bildirilir.

Hakim “Gürcü arzusu” partiyasına məğlub olan Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası MSK binasının qarşısında etiraz aksiyası keçirir.

“Vahid Milli Hərəkat” partiyasının üzvləri və tərəfdarları MSK-nın qarşısına toplaşıb. Binanın mühafizəsi gücləndirilib, patrul polisindən başqa əraziyə xüsusi təyinatlılar cəlb olunub.

Etirazçılar və polis arasında qarşıdurma baş verməyib.

“Biz MSK-nı xəbərdar etmək istəyirik ki, gürcü seçicilərin iradəsinə qarşı çıxış etməsinlər və reallığı əks etdirən göstəriciləri qeydə alsınlar”, - deyə partiya üzvü Levan Tarxnişvili “Rustavi-2” telekanalına müsahibəsində bildirib. (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu