Qaçqın düşərgəsində dəhşət: Təcavüz edib telefonla çəkdilər


Yunanıstanın Middilli adasının Moria qaçqın düşərgəsində iki təcavüz hadisəsi baş verib.

25 yaşlı gənc 3, 16 yaşlı gənc isə 4 nəfər tərəfindən təcavüzə məruz qalıb.

Bildirilir ki, 19, 20 və 24 yaşlı 3 əlcazairli mühacir 25 yaşlı mərakeşli miqranta təcavüz edib. Təcavüz edənlər mərakeşli gəncin 320 avro pulunu da qəsb edib. Təcavüzkarlar polis tərəfindən saxlanılıb. Oğurlanan pul 19 yaşlı mərakeşli təcavüzkarın üstündən tapılıb.

Həmin qaçqın düşərgəsində daha bir təcavüz hadisəsinin də üstü açılıb. 16 yaşlı pakistanlı gənc 17 yaşındakı 4 həmyerlisi tərəfindən cinsi istismara məruz qalıb. Təcavüz edən şəxslər hadisəni telefonla çəkərək yayıblar. Bundan sonra zərərçəkən şəxs həkim müayinəsindən keçirilib və təcavüz ispatlanıb. Hadisədən sonra 4 pakistanlı saxlanılıb və dəlil olaraq mobil telefonları müsadirə edilib.

Zərərçəkən 16 yaşlı gənc psixoloji müalicəyə cəlb edilib. Təcavüz edən 4 pakistanlının vəkilləri isə məhkəmə sənədləri ilə tanış olduqdan sonra onları müdafiə etməkdən imtina ediblər. (musavat.com)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu