İran Suriya üzrə danışıqlarda iştirakını təsdiqlədi


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İsveçrədə Suriyaya dair görüşdə iştirak edəcək. İRNA agentliyinin verdiyi xəbərə görə, bunu İran XİN-in sözçüsü Bəhram Qasimi bəyan edib.

“Xarici işlər naziri Məhəmməd Cavad Zərif Suriya ilə bağlı beynəlxalq konfransda iştirak etmək üçün Lozannaya səfər edəcək”, - deyə B.Qasımi bildirib.

Qeyd edək ki, oktyabrın 15-də, Lozanna şəhərində keçiriləcək Suriya üzrə toplantıda ABŞ, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı daxil olmaqla bir sıra region ölkələri, həmçinin BMT baş katibinin xüsusi elçisi iştirak edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu