Türkiyədə axtarışda olan kontr-admiral İrfan Arabacı həbs edilib


Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) çevriliş cəhdi ilə bağlı istintaq çərçivəsində axtarışda olan kontr-admiral İrfan Arabacı tutulub.

“Anadolu” agentliyi xəbər verir ki, yüksək rütbəli hərbçi İzmirdə yaxalanıb.

Məlumata əsasən, o, tanınmamaq üçün xarici görkəmini dəyişərək saqqal buraxıb.

İ.Arabacı dindirilmək üçün Terrorla Mübarizə üzrə dövlət idarəsinə aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu