Rusiya “İsgəndər”lərlə meydan oxuyur- VİDEO


Xəbər verildiyi kimi Rusiyanın Ermənistana “İsgəndər” operativ-taktiki raketlərini verməsi üzə çıxandan sonra bu raketlər NATO-nun şərq sərhədlərində görünüb.

Əvvəlcə ABŞ-ın kəşfiyyat peykləri “İsgəndər”lərin Kalininqrad vilayətində yerləşdirildiyini qeydə alıb. Daha sonra Rusiya Müdafiə Nazirliyi faktı təsdiq edib. Baltik ölkələri də daxil olmaqla NATO-nun Şərqi Avropadakı üzvləri, o cümlədən İsveç və digər Skandinaviya ölkələri bu raketlərin təsir zonasına düşür. Rusiya raketlərin Kalinqradda yerləşdirildiyini təsdiq etməklə yanaşı bu raketlərin imkanlarını da geniş təbliğ edir.

Virtualaz.org xəbər verir ki, “Rossiya 24” telekanalı araşdırmaçı-jurnalist Arkadi Mamontovun Kalininqraddan, “İsgəndər”lərin mövqeyindən hazırladığı filmi bu axşam efirə verəcək. Həmin filmdən fraqment anons kimi yayılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu