Putin Olland və Merkellə görüşə gedir


Rusiya prezidenti Vladimir Putin oktyabrın 19-da Berlinə səfər edəcək.

AzVision.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.

“Prezident sabah Berlinə gedəcək və axşam Merkel, Olland və Poroşenko ilə görüşəcək”, - deyə Peskov vurğulayıb.
“Normand dördlüyü” formatında baş tutacaq görüşdə Minsk razılaşmalarının yerinə yetirilməsi müzakirə olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu