Əsəddən Ərdoğana hədə: "Təyyarələri vuracağıq"


Türkiyənin hərbi təyyarələri Suriyanın hava məkanını pozsa, vurulacaqlar.

"Reuters” xəbər verir ki, barədə Suriya Silahlı qüvvələrinin yaydığı bəyanatda bildirilib.

"Suriya ordusu və silahlı qüvvələri xəbərdarlıq edirlər ki, Türkiyə hərbi təyyarələri yenidən Suriyanın hava məkanını pozacaqları təqdirdə onları istənilən vasitələrlə vurmağa hazırdırlar”, - deyə bəyanatda vurğulanıb.

Suriya ordusunun komandanlığı, Ankaranı Hələbin şimalındakı yaşayış məntəqələrinə zərbələr endirərək 150 dinc sakini öldürməkdə günahlandırıb. (Azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu