Erməni hərbçilər qəzaya düşdü: 4-ü yaralandı


Ermənistanda Meçavan-Taşir avtomobil yolunda müqavilə əsasında xidmət aparan hərbçilər qəzaya düşüb.

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, hərbçinin idarə etdiyi “Volkswagen Polo” markalı avtomobil idarəetməni itirib və aşıb.

Qəza nəticəsində avtomobildə olan dörd hərbçi yaralanıb. Yaralı hərbçilər Taşir xəstəxanasına gətirilib.

Hazırda hadisənin baş vermə səbəbi araşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu