35 türk diplomat Almaniyadan sığınacaq istəyib


Türkiyədə uğursuz dövlət çevrilişi cəhdindən sonra 35 türk diplomat ailəsi ilə birlikdə Almaniyadan siyasi sığınacaq istəyib.

AzVision.az “hurriyet”-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniya Daxili İşlər Nazirliyi Yaşıllar Partiyasının deputatı Özcan Mutlunun sorğusuna cavabında bildirib.

DİN, həmçinin “Hökumət, Türkiyənin mümkün ekstradisiya tələbinə qarşı necə münasibət bildirəcək?” sualına da cavab verib: “Türkiyə hökumətindən türk vətəndaşları üçün gələn ekstradisiya tələbləri Yüksək Əyalət Məhkəmələri və Federal Prokurorluq tərəfindən tək-tək və dərindən təhlil olunur. Ali Əyalət Məhkəmələri 13 İyul 1957-ci ildə Almaniya və Türkiyənin də qoşulduğu Ekstradisiya haqqında Avropa Konvensiyası əsasında qərar verəcək. Tələblər federal məhkəmələr və prokurorluq tərəfindən ayrı-ayrılıqda dəqiqliklə araşdırılır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu