Baş nazir iqtidar deputatına: “Səsini kəsib yerinə otura bilərsən?”


Məlum olduğu kimi, vəzifəyə təyin olunduğu ilk günlərdən Ermənistanın yeni baş naziri Karen Karapetyan ölkənin ən korrupsiyalaşmış məmurlarını və nazirlərini vəzifədən uzaqlaşdırır. Baxmayaraq ki, onların çoxu uzun illər Serj Sarkisyanın yaxın dostları olublar və onun rejiminin əsas dayağını təşkil ediblər.

Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, bəzi dairələrdə söhbətlər gəzir ki, Sarkisyan yeni baş nazirin qərarlarına təsir gücünə malik deyil və ölkədə hakimiyyət büsbütün Karapetyana verilib.

Ötən günlər ərzində baş vermiş bir neçə səs-küylü hadisə və baş nazirin bəyanatları bu ehtimalı sanki sübut edir.

Birincisi, çərşənbə günü Ermənistan Milli Məclisində çıxış edərkən baş nazir Karapetyan Sarkisyan rejimini “yemləyən” bir neçə oliqarxın adını açıq səsləndirib və bildirib ki, onların inhisarçılığı ilə mübarizə aparacaq.

Ölkədə hakim mövqedə olan Respublika Partiyasının (sədri Serj Sarkisyandır) dünənki iclasında baş verənlər isə Karapetyanın Ermənistanda sərhədsiz hakimiyyətə malik olduğunu aşkar şəkildə isbatladı.

İclasın gedişində Karapetyan əhali üçün qaz tariflərinin aşağı salınması məsələsinin gündəliyə salınmasını təklif etdi. Bu zaman iqtidar partiyasının deputatı, ölkədə “Qazprom-Ermənistan”ın əsas müdafiəçisi hesab edilən, parlamentin iqtisadi məsələlər üzrə daimi komissiyasının rəhbəri Vardan Ayvazyan bildirdi ki, MDB məkanında əhali üçün ən yüksək qaz tariflərinin endirilməsi mümkün deyil və onun komissiyası bu tezisi sübut edə bilər. Bu irada cavab verən Karapetyan üzünü Ayvazyana tutaraq birbaşa deyib: “Sən səsini kəsib yerinə otura bilərsən?”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu