Tbilisidə NATO təlim mərkəzinə silahlı hücum: ölən var


Tbilisidə NATO təlimlərinin keçirildiyi Treninq Mərkəzinin yaxınlığında silahlı şəxs öldürülüb.

Oktyabrın 23-də Gürcüstan Müdafiə Nazirliyi bildirib ki, NATO-Gürcüstan Birgə Təlim və Evolusiya Mərkəzinə naməlum şəxslər girməyə cəhd göstəriblər.

Mühafizə xidmətinə hücum zamanı açılan atəşdən hücumçunun biri ölub, digərləri qaçıb.

Müdafiə Nazirliyinin hərbi polisi hücumun səbəbini araşdırır. Ancaq hücum edənlərin neçə nəfər olduğu barədə hələlik məlumat verilməyib.

Xatırladaq ki, NATO-Gürcüstan Birgə Təlim və Evolusiya Mərkəzi ötən ilin avqustunda açılıb.(azadliq.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu