Avropa İttifaqının məsul şəxslərini aparan təyyarə qəzaya uğrayıb


Avropa İttifaqının məsul şəxslərini aparan təyyarənin Malta ərazisində qəzaya uğraması nəticəsində azı 5 nəfər ölüb.

"Habertürk" xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Məlumata görə, təyyarə Avropa İttifaqının Sərhəd Xidmətinin rəsmi nümayəndələrini Maltadan aparırmış. Təyyarə havaya qalxandan az sonra qəzaya uğrayıb və yerə düşüb.

Qəza nəticəsində ölənlərin sayının artacağı istisna edilmir.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu