Məkkəyə raket atılıb


Yəməndəki Husi qiyamçılarının hərbi dəstələri Məkkə istiqamətində ballistik raket atıblar. Lakin raketi havada məhv etmək mümkün olub.

AzVision.az Reuters-ə istinadən xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının hərbi komandanlığı məlumat yayıb.

Xəbərdə deyilir ki, koalisiyanın hava hücumundan müdafiə sistemi raketi Məkkədən 65 kilometr məsafədə zərərsizləşdirib. Şəhərə heç bir ziyan dəyməyib.

Husi qiyamçıları raket atəşi haqda xəbəri təsdiqləyiblər. Onların sözlərinə görə, ballistik raketin hədəfi Kral Əbdül-Əziz adına hava limanı olub. Bu, krallığın ən gediş-gəlişli hava limanıdır.

Yada salaq ki, bir qədər əvvəl ABŞ öz esminesindən Husi qiymaçılarının mövqelərinə zərbələr endirmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu