Ermənistan ordusunun giziri özünü asdı


Ermənistanda hərbçi intihar edib. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, oktyabrın 31-də Vanadzor şəhərində gizir M. Arutünyanın yaşadığı evdə qaz borusundan asılmış meyiti tapılıb.

İki uşaq atası olan, 35 yaşlı M. Arutünyanın cibində aşkar edilən məktubda "nə iş görsəm uğursuz alınır, başqa çarəm qalmayıb, xidmətin çətinliyi və sosial problemlərə artıq dözə bilmirəm" sözləri yazılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu