Ərdoğan Belarusa gedir


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də Belarusa rəsmi səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səfər zamanı Türkiyə prezidenti belaruslu həmkarı Aleksandr Lukaşenko ilə ikitərəfli görüş keçirəcək, regional məsələləri müzakirə edəcək.

Səfər zamanı iki ölkə arasında əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə müxtəlif müqavilə və protokolların imzalanacağı gözlənilir. Bundan başqa, Türkiyə-Belarus ticarət forumu keçiriləcək.

R.T.Ərdoğanın Türkiyə Dəyanət İşləri Fondu tərəfindən tikdirilən Minsk məscidinin açılışnda iştirak edəcəyi də nəzərdə tutulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu