Putin Trampı təbrik edən ilk prezident oldu


Rusiya prezidenti Vladimir Putin yeni seçilən ABŞ prezidenti Donald Trampa qələbə münasibəti ilə təbrik teleqramı göndərib.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Putin Trampı təbrik edən ilk prezidentdir.


Trampa təbriklərini çatdıran Putin iki ölkənin münasibətlərində yaranmış böhranın aradan qaldırılması, həmçinin beynəlxalq gündəmin aktual məsələlərinin həlli və qlobal təhlükəsizliyinin çağırışlarına effektiv cavab axtarışı istiqamətində birgə işləyəcəklərinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, bu gün ABŞ-da keçirilən prezident seçkiləri Respublikaçılar partiyasının namizədi Donald Trampın qələbəsi ilə başa çatıb.

Donald Tramp ABŞ-ın 45-ci prezidenti seçilib.

1946-cı ildə Nyu-Yorkda anadan olan Donald Tramp ABŞ tarixində ən yaşlı prezident olacaq. “Forbes” jurnalının 2016-cı ildə “Dünyanın ən zəngin 400 insanı” siyahısında yer alan Donald Trampın sərvətinin 3,6 milyard dollar dəyərində olduğu təxmin edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu