Tramp Obamanın zənginə cavab verməyib


Amerika prezidenti Barak Obama yeni seçilən prezident Donald Trampı təbrik etmək üçün ona zəng edib.

Bunu Trampın seçki kampaniyasının meneceri bildirib.

Qeyd olunub ki, Tramp Obamanın zənginə cavab verə bilməyib. Çünki, Tramp həmin vaxt qələbə çıxışı edirmiş. Daha sonra Tramp özü Obamaya zəng edib.

Tərəflərin telefonda mehriban formada danışdıqları qeyd edilib.

Faktı təsdiq edən Ağ evin mətbuat katibi Coş Ernest bildirib ki, Obama xələfi ilə görüşəcək.

Qeyd edək ki, Donald Tramp Obamadan prezidentlik kürsüsünü gələn ilin 20 yanvar tarixində təhvil alacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu