ABŞ-da Trampa qarşı etirazlar: 150 nəfər tutuldu


ABŞ-ın Los-Anceles şəhərində Donald Trampın prezident seçilməsinə qarşı etirazlar davam edir.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, aksiyada üç minədək etirazçı iştirak edir. Etirazçıların polisin dağılışmaq çağırışına məhəl qoymaması həbslərə səbəb olub.

Polis əməkdaşları qanunsuz etirazçılardan 150 nəfərini saxlayıb.

Qeyd edək ki, ABŞ-ın bir çox şəhərində artıq üç gündür Tramp əleyhdarlarının kütləvi etiraz aksiyaları keçirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu