Tramp administrasiyasının rəhbəri o olacaq


ABŞ-da prezident seçkilərində qələbə qazanan Donald Tramp administrasiyasının rəhbərinin Respublika partiyasının Milli komitəsinin hazırkı sədri Rayns Pribusun olacağını bəyan edib.

Bu barədə BBC xəbər yayıb.

Trampın baş müşaviri isə onun seçkiqabağı kampaniyasına rəhbərlik edən siyasi texnoloq Stiven Bennon olacaq.

Tramp öz bəyanatında Pribusu və Bennonu seçkiqabağı kampaniyanın gedişatında bir yerdə uğurla çalışan yüksək ixtisaslı liderlər adlandırıb.

BBC-nin müxbirləri 44 yaşlı Pribusun seçkiqabağı kampaniya zamanı Tramp qərərgahı ilə Respublika partiyasının rəhbərliyi arasında əlaqələndirici bənd rolunu oynadığını qeyd ediblər.

Xatırladaq ki, Tramp inauqurasiyaya iki ay qalmış öz administrasiyasını formalaşdırmalıdır.(oxu.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu