Obama ilə Putin Peruda görüşəcək


ABŞ prezidenti Barak Obama və Rusiyanın dövlət başçısı Vladimir Putinin ATES-in Peruda keçiriləcək sammitində görüşməsi mümkündür.

Modern.az bildirir ki,bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da istisna etməyib.

Bununla belə, onun sözlərinə görə, görüş dəhlizdə baş tutacaq. Lakin prezidentlərin ikitərəfli danışıqları hələlik planlaşdırılmayıb.

"Ayrıca ikitərəfli görüş haqda hələ ki Amerika tərəfi ilə danışıqlar olmayıb. Aydındır ki, sammit zamanı dəhlizdə hansısa formada üz-üzə gələcəklər", - Peskov vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu