Ermənistan prezidenti Gümrüdəki Rusiya bazasına hərbi güc verilməsini dəstəkləyir


Ermənistan prezidenti Serj Sarqsyan ölkədə Rusiyanın yeni hərbi bazalarının yaradılması imkanı barədə danışıb.

"Report" xəbər verir ki, o, bu məsələyə "Rusiya bu gün" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibəsində toxunub.

"Məncə, yeni hərbi bazaya ehtiyac yoxdur. Çünki Gümrüdəki hərbi baza tələb olunan bütün elementləri özündə birləşdirmək imkanlarına malikdir. Odur ki, kiçik Ermənistanda bir baza, məncə, kifayətdir. Sadəcə, bu bazaya hərbi güc vermək lazımdır", - deyə S.Sarqsyan bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu