AŞPA həmməruzəçiləri Yerevana səfər edəcək


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) monitorinq üzrə həmməruzəçiləri Cüzeppe Qalati və Alan Mil noyabrın 22-23-də Yerevana səfər edəcək.

Ermənistan KİV xəbər verir ki, onlar "seçki sistemində islahat", 2017-ci ildə keçiriləcək parlament seçkiləri, "konstitusiya islahatı"nın həyata keçirilməsi, o cümlədən "polis sietemində islahat" və polisin fəaliyyəti ilə bağlı şikayətlərə baxmaq üçün "müstəqil mexanizmin" yaradılması məsələləri ətrafında müzakirələr aparacaqlar.

İnformasiyaya əsasən, həmməruzəçilər ölkə prezidenti, baş naziri, parlamenti sədri, eləcə də ədliyyə naziri, AŞPA-dakı Ermənistan nümayəndə heyətinin üzvləri, məhkəmə orqanlarının təmsilçiləri, polisin başçısı ilə görüş keçirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu