Bir ildə üç milyon avro pul qazanan pişik


Modelyer Karl Laqerfeldin Şupett ləqəbli pişiyi 2014-cü ildə üç milyon avro para qazanıb.

AFN.az lenta.ru saytına istinadən xəbər verir ki, bu barədə The New York Magazine jurnalına müsahibəsində dizaynerin özü məlumat verib. Ötən il Şupett Opel Corsa avtomobili və yapon kosmetika brendi Shu Uemuranın iki reklam kampaniyasında iştirak edib.
Laqerfeldin sözlərinə görə, o, öz yetirməsinin ərzaq malları və şeylərinin reklamında çəkilməsinə razılıq vermir. “O, çox unikaldır. Lap adam kimidir. Lakin yaxşı ki, o, susur”, - dizayner vurğulayıb. Laqerfeld həmçinin pişiyinin başqa heyvanları və uşaqları sevmədiyini də əlavə edib. Dizayner qeyd edib ki, pişiyi dünyanın mərkəzidir, onun oyunlarında və hərəkətlərində isə nəsə unudulmaz şeylər var.
2014-cü ilin iyul ayında “Şupett: yüksək sıçrayışlı dəbli pişiyin şəxsi həyatı” adlı kitab, işıq üzü görüb. Dünyanın ən məşhur pişiklərindən biri olan Şupettin bioqrafiyasını Patrik Morye və Jan Kristof Napya qələmə alıblar.
Birmadan olan Şupett Laqerfeldin yanında 2012-ci ilin sonlarında peyda olub, belə ki, dostlarından biri, maniken Batist Jabikoni pişiyi yanına gətirib və milad tətili günlərində ona baxmağı xahiş edib. Dizayner bir neçə gün ərzində pişiyə vərdiş edib və Jabikonidən Şupetti ona verməsini xahiü edib.
Şupettin Twitterdə öz akkauntu və 47 min istifadəçisi var. Laqerfeldin yetirməsi heyvanlarla bağlı məşhur şəbəkələrdə müntəzəm olaraq ən yüksək reytinqlər qazanır. Moda dünyasının ənənələrinə uyğun olaraq, pişiyin yaşı gizli saxlanılır (pişiyin hazırda təxminən dörd-yeddi yaşı var).

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu