Valyuta ehtiyatları bir həftədə 6,8 milyard dollar azalıb


Rusiya Federasiyasının valyuta ehtiyatları əriməyə davam edir.

APA-nın xəbərinə görə, 1 həftə ərzində - yanvarın 10-dan 16-na qədər beynəlxalq ehtiyatlar daha 6,8 milyard dollar azalıb. Bunu Rusiya Mərkəzi Bankı açıqlayıb. Hazırda bankın beynəlxalq ehtiyatları 379,4 milyard dollar həcmindədir.
2014-cü ildə Rusiyanın beynəlxalq ehtiyatları 24,4% (124 milyard 135 milyon dollar) azalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu