ABŞ polisi hər dəqiqə Trampın ulduzunu qoruyacaq


ABŞ-ın Los Anceles şəhər polisi bundan sonra hər dəqiqə yeni seçilən prezident Donald Trampın Məşhurlar Xiyabanındakı ulduzunu qoruyacaq.

Bu barədə AzVision.az “TMZ”-yə istinadən xəbər verir.

Qeyd edək ki, Trampın Hollivudun Məşhurlar Xiyabanındakı ulduzu oktyabrın 28-də vandalizmə məruz qalıb. Trampın ulduzunu dağıdan Ceyms Otis adlı şəxs üç il müddətinə azadlıqdan məhrum oluna və ya 10 min dollar məbləğində cərimələnə bilər.

Otisin sözlərinə görə, o, Trampın ulduzunu oğurlayıb, satmaq istəyib. Əldə olunan gəliri isə Tramp tərəfindən zorakılığa məruz qalan qadınlara yönləndirəcəkmiş.

Ticarət Palatası ulduzun 2500 dollar dəyəri olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu